×

Xəbərlər

Xəbərlər 14 Jun 2017
ADNSU-da Milli Qurtuluş Günü qeyd olunub

İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkilləri Məlahət İbrahimqızı və Aydın Mirzəzadə, eləcə də universitetin professor- müəllim heyəti və tələbələr iştirak edib.

Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı 15 iyunun Azərbaycan tarixində ən şərəfli günlərdən biri olduğunu deyib. 15 iyun təqvim gününün tariximizdə əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edən rektor M.Babanlı Ümummilli lider Heydər Əliyevin ölkəni parçalanmaq təhlükəsindən, müxtəlif separatçı təsirlərdən xilas etdiyini və Azərbaycanın müstəqilliyinin dönməz və əbədi xarakter alması istiqamətindəki xidmətlərini vurğulayıb. Rektor M.Babanlı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyevin siyasi iradəsi və səyləri ilə Azərbaycanın qüdrətli iqtisadiyyata yiyələndiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin daha da yüksəldiyini söyləyib.

Millət vəkili M.İbrahimqızı Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Dövrün tarixi hadisələrindən, siyasi gərginliklərdən və müstəqillik yolunda çəkilən əziyyətlərdən danışan millət vəkili Azərbaycanın Heydər Əliyevin sayəsində  az bir vaxtda  iqtisadi sabitliyə və inkişafa qədəm qoyduğunu qeyd edib. Millət vəkili Azərbaycanın məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqillik qazandığını, onun layiqli davamçısı prezident İlham Əliyevin sayəsində bu müstəqilliyi qoruyub saxlamağı bacardığını vurğulayıb.

ADNSU-nun İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə öz çıxışında ulu öndər Heydər Əliyevin xalq və millət uğrunda gördüyü işlərədən, onun siyasi strategiyasından danışıb. Ümummilli lider Heydər Əliyevin müstəqillikdən sonrakı diplomatik uğurları sayəsində islahatların aparılması üçün imkanların yarandığını qeyd edən A.Mirzəzadə Azərbaycanda ardıcıl olaraq ölüm hökmünün və senzuranın ləğvinin, Azərbaycanın AŞPA-ya üzv qəbul olunması və bu kimi bir sıra işlərin bugünkü sivil Azərbaycanın formalaşmasına gətirib çıxardığını bildirib.

ADNSU YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova çıxış edərək ADNSU-nun professor-müəllim və tələbə heyətinin nümayəndələrinin Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etdikləri barədə məlumat verib. O Milli Qurtuluş Günündə YAP-a yeni üzvlərin qəbul edilməsinin rəmzi məna daşıdığını qeyd edərək 25 nəfər tələbə 25 nəfər professor-müəllim olmaqla 50 nəfərin siyahısını təqdim edib. Sonra müraciətçilərin YAP sıralarına üzv qəbul olunduğu elan edilib.


Paylaş