Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən sertifikatla təltif olunub.
5 gün davam edən kitab sərgisində 70 adda maraqlı eksponatla təmsil olunan Azİİ e-Kitab Evinin kitab fonduna bir çox təşkilatlar tərəfindən kitablar hədiyyə olundu. Bundan əlavə bir neçə kitabxana ilə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin Kitab evi, həmçinin Paşa Həyat və İrs nəşriyyat evi ilə əməkdaşlığın əsası qoyuldu.