×

Xəbərlər

Xəbərlər 18 Jan 2023
ADNSU-da keçirilən beynəlxalq səviyyəli təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (#MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində ADNSU-da “Təlimçilər üçün təlim” vörkşopu təşkil edilmişdir. Vörkşopda İsveçin Linkopinqs Universitetindən dəvət olunmuş iki ekspert – təlimçi Ullakarin Sundqvist Nilsson və Jörg Schminder tərəfindən “Yeni informasiya texnologiyaları ilə dəstəklənən təhsil mühiti” mövzusunda layihə çərçivəsində tədris aparan əməkdaşlara təlim keçmişdir. Vörkşopun sonunda bütün iştirakçılara sertifiklatlar təqdim olunmuşdur. Həmçinin, bu arada ADNSU-nun tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (#MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində MAGnUS Milli Konfransın təşkil olunmuş, movcud layihə və perspektivlərlə bağlı geniş müzakirələr aparılmışdır.


Paylaş