Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin professor-müəllim heyəti Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq “Ana harayı” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.