28- 30 mart tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bp şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində neft-qaz sənayesi üzrə bootcamp keçirilib.
Üç gün davam edən tədbirdə bp şirkətinin mütəxəssiləri bu sahə üzrə öz bilik və təcrübələrini tələbələr ilə bölüşüblər. 3 yerli universiteti təmsil edən 32 nəfər tələbəyə neft-qaz mühəndisliyi, əməyin təhlükəsizliyi, az karbonlu enerji və çeviklik üzrə üçgünlük təlimlər keçilib və bu sahələr üzrə nəzəri biliklərin təcrübədə tətbiqi barədə məlumat verilib.
Təlimin sonunda iştirakçılara bp-nin daxili sertifikatları təqdim edilib.