×

Xəbərlər

Xəbərlər 02 Nov 2026
ADNSU tələbəsi Özbəkistanda keçirilən “MDB ölkələrinin Gənclər Forumu”nda layihəsini təqdim edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Özbəkistanın Ürgənc şəhərində keçirilən “MDB ölkələrinin Gənclərinin Forumu”nda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.

Dörd nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi forum çərçivəsində təşkil olunan “Gənc Laboratoriyalar” tədbirində innovasiya, rəqəmsal texnologiyalar, yaradıcı iqtisadiyyat və gənclərin liderliyi istiqamətlərində layihə təklifləri təqdim olunub.

Tədbirdə ADNSU-nun Rəqəmsal Texnologiyalar fakültəsinin 3-cü kurs tələbəsi Nuhhər Bəhramov mov “CityRate – Şəhərin Rəqəmsal Güzgüsü” layihəsi ilə çıxış edib. Layihə şəhər mühitinin onlayn qiymətləndirilməsi platformasını nəzərdə tutur. Platforma vasitəsilə istifadəçilər şəhərdə qarşılaşdıqları problemləri və təkliflərini qeyd edə bilərlər.

Forum çərçivəsində, həmçinin rəqəmsal həllərin tətbiqi, yaradıcı iqtisadiyyatın inkişafı, gənc tədqiqatçıların potensialının dəstəklənməsi və gənclərin innovasiya proseslərində iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub. Tədbir MDB ölkələrinin gəncləri arasında yeni ideyaların təşviqi və beynəlxalq əməkdaşlıq imkanlarının inkişafına həsr olunub.


Paylaş