×

Xəbərlər

Xəbərlər 01 Nov 2026
ADNSU tələbələri ATLANTIA Beynəlxalq STEM Olimpiadasında I və II yerlərə layiq görülüblər

Oktyabrın 31-də Azərbaycanda keçirilən ATLANTIA Beynəlxalq STEM Olimpiadasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının I kurs tələbələrindən ibarət komandaları uğurlu nəticə əldə ediblər. Belə ki, universiteti təmsil edən hər iki komanda olimpiadada müvafiq olaraq I və II yerləri tutaraq yüksək nailiyyətə imza atıb.

Olimpiadada I yerə Həziyev Tofiq, Hüseyn Əli, Fərəcov İbrahim və Ələkbərzadə Elxandan ibarət B622 komandası layiq görülüb.

İsmayıl Sayadlı, Cavad Paşazadə, Teymur Məcidov, İsmayıl Quliyev və Emil İsmayıllıdan ibarət Paradox B622 komandası isə yarışda II yeri qazanıb.

Qazanılan nəticə hər iki komandaya beynəlxalq miqyasda keçiriləcək növbəti mərhələlərdə iştirak hüququ qazandırıb. Belə ki, tələbələr Türkiyənin Antalya şəhərində təşkil olunacaq Avrasiya çempionatında, eləcə də İspaniyanın Barselona şəhərində keçiriləcək Dünya çempionatında ölkəmizi və universitetimizi təmsil etmək hüququ əldə ediblər.

 


Paylaş