×

Xəbərlər

Xəbərlər 02 Nov 2026
ADNSU tələbələrinə  əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Sabah City-də yerləşən tədris auditoriyasında Dövlət Əmək Müfəttişliyi Xidməti tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin mütəxəssisləri tələbələrə təlim keçiblər.

ADNSU-nun Kimya Texnologiyaları fakültəsinin Proseslərin təhlükəsizliyi mühəndisliyi kafedrasının təşkilatçılığı ilə keçirilən təlimin mövzusu “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” olub. Təlimdə Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Təlimdə Əməyin Mühafizəsi Mərkəzinin Təlimlərin təşkili və texniki dəstək departamentinin müdir müavini Səbuhi Tahirov və Təlimlərin təşkili şöbəsinin müdiri Nigar Hüseynova çıxış edərək əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində əsas tələblər, təhlükəsizlik qaydaları və onların praktik əhəmiyyəti barədə məlumat veriblər. Sonda tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.


Paylaş