×

Xəbərlər

Xəbərlər 02 Nov 2026
ADNSU tələbələri “Startup School 4” qlobal innovasiya proqramının Demo Day tədbirində iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbə və məzunları “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramının yekun tədbirində – Demo Day-də təmsil olunublar.

Oktyabrın 31-də SABAH.city-də keçirilən tədbirdə proqramın yekun təqdimatları, mükafatlandırma mərasimi və “TEİ Forum 2026” baş tutub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4” proqramı innovativ ideyaların inkişafına dəstək göstərməyi, startapların beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını sürətləndirməyi və gənc sahibkarların biznes bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.

Tədbirdə ADNSU-nun İqtisadiyyat və menecment fakültəsinin tələbəsi Yusif Bəşirov “Bax”, Rəqəmsal texnologiyalar fakültəsinin tələbəsi Səid Cəfərzadə “Blind AI”, UFAZ-ın Kimya mühəndisliyi ixtisasının tələbələri Rufat Jabrayilli və İsa İbadov isə müvafiq olaraq “SeaSentry” və “Astem” komandalarında təmsil olunublar.

Demo Day çərçivəsində komandalar layihələrini təqdim etmək, innovativ həllərini nümayiş etdirmək, beynəlxalq ekspertlər və investorlarla fikir mübadiləsi aparmaq, eləcə də yeni əməkdaşlıq imkanları əldə etmək fürsəti qazanıblar.

“TEİ Forum 2026”da çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə startapların qlobal bazarlara çıxışı, biznesin beynəlxalq miqyasda genişləndirilməsi, investisiyaya hazırlıq və innovativ layihələrin maliyyələşdirilməsi mövzularında panel müzakirələri təşkil olunub. Həmçinin universitetlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq memorandumları imzalanıb.

ADNSU tələbə və məzunlarının beynəlxalq innovasiya platformasında iştirakı universitetdə sahibkarlıq və innovasiya mühitinin inkişafının, eləcə də tələbələrin əldə etdikləri bilikləri praktik layihələrə tətbiq etmək təşəbbüslərinin göstəricisidir.


Paylaş