Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsi dekanlığının təşəbbüsü və təşkilatçılığı ilə fakültənin professor-müəllim heyəti və təhsildə xüsusi fərqlənən tələbələri Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında və Mingəçevir Su Elektrik Stansiyasında olublar.
Tələbələr universitetdə tədris zamanı nəzəri olaraq öyrəndiklərini stansiyalarda canlı müşahidə ediblər. Onlar müəssiələrin işləmə prosesi, elektrik hasilatı, istehsal prosesi ilə yaxından tanış olublar.