×

Xəbərlər

Xəbərlər 26 May 2023
ADNSU-da "Startup Bootcamp" layihəsinin qalibləri təltif edilib

Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzi" və "Eazi START"ın təşkilatçılığı ilə "Startup Bootcamp" layihəsinin Pitch-day tədbiri keçirilib. 

Tədbirdə açılış nitqi ilə çıxış edən RİİM-in direktoru, müşavir Rasim Abdullayev Startup Bootcampın əhəmiyyətindən danışıb, bu istiqamətdə görüləcək işlər və perspektiv layihələr haqqında iştirakçılara məlumat verib.

Perkskit şirkətinin həmtəsisçisi Fərid Ağamalıoğlu Startup Bootcamp təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. RİİM-in Araşdırma və təhlil bölməsinin rəhbəri Aysel Sadıqova təlimlərdə aktiv iştirak edən və sertifikata layiq görülən tələbələr haqqında məlumat verib.

Tədbirdə keçirilən 16 təlimin yekununda seçilmiş 12 komandanın təqdimatı dinlənilib.  Münsiflər heyəti tərəfindən - "Eazi Start" Mərkəzinin koordinatoru Elviz İsmayılov,  Elmin kommersiyalaşdırılması-ideyadan biznesə (i2b) - layihəsinin koordinatoru Rəşid Cəbrayılov, İnnovasiyalar Mərkəzinin mentorları Əsmət Əhmədova və Nübar Kişiyeva iştirak edərək komanların çıxışlarını dinləyiblər. Sonda layihənin qaliblərinə sertifikat verilib.


Paylaş