×

Xəbərlər

Xəbərlər 26 Jul 2023
ADNSU-da “Enerji keçidi: post-neft iqtisadiyyatı,alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda beşinci Beynəlxalq yay məktəbi keçiriləcək

31 iyul-11 avqust 2023-cü il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə  “Enerji keçidi: post-neft iqtisadiyyatı,alternativ enerji,ətraf mühitin mühafizəsi” mövzusunda beşinci Beynəlxalq yay məktəbi keçiriləcək. Yay məktibi çərçivəsində azərbaycanlı və əcnəbi tələbələrin (10 alman və 5 ADNSU tələbəsi) ölkəmizin müxtəlif mədəniyyət mərkəzlərinə və neft şirkətlərinin ofislərinə ekskursiyaları təşkil olunacaqdır. 

Yay məktəbi çərçivəsində SOCAR, BP, SOFAZ,  “Prosol” Texnoloji şirkətin və digər qurumların əməkdaşlarının müvafiq mövzu ilə bağlı çıxışları gözlənilir. Yay məktəbi ərzində akademik hissə ilə yanaşı, iştirakçılar üçün mədəni tədbirlərin də təşkili nəzərdə tutulub. Belə ki, onlar üçün Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi,,dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi Bibiheybət, SOFAZ, İçərişəhər, Heydər Əliyev Mərkəzi, eləcə də Şəkiyə ekskursiyalar təşkil olunacaqdır. 

Qeyd edək ki, “ADNSU Yay məktəbi-2023” avqustun 11-dək davam edəcəkdir. Yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən qarşılanacaqdır. 


Paylaş