×

Xəbərlər

Xəbərlər 20 Sep 2023
ADNSU QS World University Rankingin Avropa universiteləri siyahısında 434-cü, Asiya universitetləri siyahısında isə 22 -ci sıradadır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ən yaxşı Avropa universiteləri siyahısında "QS Europe World University Ranking 2024" 434-cü sırada qərarlaşıb.

QS World Ranking tərəfindən verilən məlumata görə, ADNSU həm də ən yaxşı Asiya universitetləri siyahısında "Western Asia 2024 " 22 -ci sıradadır.

Qeyd edək ki, ADNSU QS reytinqində cari il məşğulluq göstəricisinə görə də fərqlənib - dünyada 271-ci, Azərbaycanda I yerdə qararlaşıb. Onu da xatırladaq ki, ADNSU-nun ali təhsil müəssisəsi olaraq qarşıya qoyulan əsas hədəflərindən biri yüksək ixtisaslı mühəndis kadrlar hazırlamaqla yanaşı, elmi-tədqiqat universiteti kimi formalaşmaqdır. Təsadüfü deyildir ki, ADNSU alimlərinin dünya elmi bazalarında, dünya səviyyəli elmi jurnallarda dərc olunan məqalələrinin və onlara olunan istinadların sayı ildən-ilə artır. Təkcə son 1 ildə əməkdaşlarımızın dünya səviyyəli elmi bazalar olan “Scopus” və “Web of Science”-da 350 elmi məqaləsi dərc olunub.


Paylaş