Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Coca‑Cola Azərbaycanın “Scholarship for women engineers” layihəsinin təqdimatı keçirilib.
Təqdimat mərasimində “Coca‑Cola Azərbaycan”ın İnsan Resursları üzrə supervayzeri Ayla Quliyeva təmsil etdiyi müəssisə haqqında tələbələrə məlumat verib, mühəndis xanımlar üçün nəzərdə tutulan təqaüd proqramı haqqında təqdimatla çıxış edib. Müraciət qaydaları, namizədlərə qoyulan tələblər və qəbul qaydaları haqqında tələbələrə ətraflı məlumat verilib.
Coca‑Cola Azərbaycanın istehsal mühəndisi Günel Babaşova şirkətin istehsal prosesindən və daxili qaydalarından danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin məqsədi istehsalatda qadın mühəndislərin sayının artırılmasına, xüsusi texniki sahələrdə qadınların işlə təmin olunmasına və karyera inkişafına dəstək olmaqdır.