Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Qida mühəndisliyi” mövzusunda tələbələrlə görüş keçirilib. Görüşdə Kimya texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası" kafedrasının müdiri professor Fariz Əmirli çıxış edərək görüşün “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün əhəmiyyətindən danışıblar.
Refresh groupun rəhbəri Seymur Qafarov sağlam qidalanmada mövcud olan boşluqlar, dünyada qida çatışmazlığı və həmçinin qida israfçılığı, qida məhsullarının düzgün saxlanılması texnologiyası, qida məhsullarının müasir idxal prosesi və bu kimi digər vacib mövzulardan danışıb.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.