Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə seçki hüququ ilə bağlı növbəti maarifləndirici seminar keçirilib.
ATGTİ-nin Üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmovun moderatorlugu ilə keçirilən seminar haqqında ADNSU TGT sədri Cavanşir Abdullayev məlumat verib.
Sonra MSK-nın üzvü İlham Məmmədov çıxış edərək bildirib ki, seminarın keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Tədbirdə gənclərə hüquqi məsələhətlər çatdırılaraq onları maraqlandıran suallar cavablandırılıb.