×

Xəbərlər

Xəbərlər 30 Mar 2024
Azİİ e -Kitab Evində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e- Kitab Evində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub.

    Sərgidə 1918-ci ildə Bakı şəhərində və onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Kürdəmir, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktının başlanmasından, baş verən qırğınlardan, soyqırım nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsindən, insanların itkin düşmələrindən, onların evsiz-eşiksiz qalmalarından bəhs edən 50-dən çox kitab, jurnal, foto və digər materiallar nümayiş olunub.


Paylaş