×

Xəbərlər

Xəbərlər 24 Apr 2024
ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov gündəlikdə olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.

İclasda Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin direktoru  Elviz İsmayılov Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti, Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun direktoru, dosent Hamlet Hüseynov professor-müəllim heyətinin stajkeçməsi və ixtisasartırmanın təşkili, İqtisadiyyat və menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov fakültənin illik fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər. Elmi katib, dosent Nərminə Əliyeva Professor və dosent elmi adı verilməsi üçün AAK-a sənədləri göndəriləcək iddiaçılar barədə şura üzvlərinə məlumat verib.  

Elmi Şuranın iclasında dosent Vazeh Əskərov ADNSU-da tədris və təhsilin yüksəlidləməsi istiqəmətində görüləcək işlərdən danışıb. O, bildirib ki, təhsilin inkişafı və elmi nailiyyətlərin əldə olunması, eyni zamanda universitetin beynəlxalq reytinq siyahılarında ön sıralara irəliləməsi, tədqiqat universiteti kimi formalaşması və digər bu kimi mühüm məsələlər hər zaman diqqət mərkəzində olmalıdır.

Dosent Vazeh Əskərov bu il COP29-un Azərbaycanda keçirilməsinin və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin önəmindən danışıb. Bildirilib ki, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı universitetdə konkret layihələrin və proqramların icrası nəzərədə tututlub, artıq bu istiqamətdə bir neçə tədbir keçirilib və ilin sonuna qədər də mühüm layihələrin həyata keçirilməsi planlaşdırılır. 

Ümumilikdə gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Dosent Vazeh Əskərov müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər haqqında tapşırıqlar verib.


Paylaş