×

Xəbərlər

Xəbərlər 24 Apr 2024
ADNSU-da “Uğurun beyin kodlaması” mövzusunda təlim keçirilib

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Uğurun beyin kodlaması” mövzusunda təlim keçirilib.  
“İqtisadiyyat və Menecment” fakültəsinin “3S” layihəsi çərçivəsində Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzi “Araşdırma və təhlil” bölməsinin rəhbəri Aysel Sadıqova tərəfindən “Uğurun beyin kodlaması” təlimi keçirilib.
Təlim zamanı beyin kodlamasında plasebo təsirindən, daxili və xarici uğuru inkişaf etdirməyə başlamaq üçün əldə edə biləcəyimiz imkanlardan, metaform anlayışından, uğur və xoşbəxtlik anlayışlarını müqayisə etmək üçün 3X3 Matrisindən danışılıb. 
Sonda tələbələr faydalı kitablar tövsiyə olunub və onları maraqlandıran suallar cavablandırılıb.


Paylaş