Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin I kurs magistr tələbəsi, paralimpiyaçı Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa paralimpiya çempionatının qalibi olub. Vəli İsrafilov 100 metr məsafədə 1-ci yerə çıxaraq qızıl medal qazanıb. Bununla da 2 dəfə də Dünya çempionu olan tələbəmiz ikiqat Avropa çempionu olub.
Qeyd edək ki, Vəli İsrafilov cari il aprelin 24-də keçirilən yarışda çempion olub.