Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində 25-26 aprel 2024-cü il tarixində “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının yaranmasının 60 illik yubileyinə həsr olunmuş “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edir. Belə ki, “Kompozit materialların hazırlanması və tətbiqi”, “Makromolekullu birləşmələrin müasir sintez üsulları, “Üzvi sintezdə yanaşmalar”, “Ətraf mühit və sağlam qida” və digər bölmələr üzrə iclaslar keçirilib, sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfransa 170-dək elmi məqalə və 220-dən artıq tezis təqdim olunub, 24 məqalə “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacaq.