×

Xəbərlər

Xəbərlər 26 Apr 2024
ADNSU-da keçirilən Beynəlxalq elmi konfrans başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində  25-26 aprel 2024-cü il tarixində “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda keçirilən Beynəlxalq elmi konfrans  başa çatıb.

 Konfrans iki gün ərzində 4 bölmə üzrə - “Kompozit materialların hazırlanması və tətbiqi”, “Makromolekullu birləşmələrin müasir sintez üsulları, “Üzvi sintezdə yanaşmalar”, “Ətraf mühit və sağlam qida” plenar iclaslarla davam edib. Ümumilikdə konfransa 170-dək elmi məqalə və 220-dən artıq tezis təqdim olunub, 24 məqalə “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacaq. 


Paylaş