×

Xəbərlər

Xəbərlər 29 Apr 2024
ADNSU-da sağlam həyat tərzinin vacibliyi ilə bağlı maarifləndirici görüş keçirilib

Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil nazirliyinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tələbələrlə maarifləndirici görüş keçirilib.  Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi  Nailə İbrahimova gənclər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərin fəsadlarından danışıb. Gənclər arasında müxtəlif zərərli vərdişlərin yayılması əleyhinə bir sıra tədbirlərin təşkil olunduğunu deyən N.İbrahimova bu baxımdan maarifləndirmənin əhəmiyyətini qeyd edib. 
Zərərli vərdişlərin insan sağlamlığına vurduğu mənfi təsirlərdən danışan klinik-psixoloq Aydan Xasməmmədzadə narkotik, alkoqol kimi zərərli vərdişlər və onlardan asılılıqları yaradan başlıca amilləri qeyd edib, zərərli vərdişlərə qarşı aparılan mübarizənin əsas istiqamətlərindən biri kimi gənclərin asudə vaxtlarının səmərəli şəkildə təşkil olunmasına xüsusi diqqət etməyi, aktiv həyat tərzi keçirməyi, ayıq-sayıq olmağı tövsiyə edib. 
İnteraktiv formada keçirilən görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sağlamlıq haqqında məlumatları özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılıb.


Paylaş