Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Arif Süleymanov və ADNSU-nun “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunun professoru Hacı Məlikov 8-19 aprel tarixlərində Vyetnam Neft Universitetinin baş qərargahında “Neft və qaz yataqlarının işlənməsinin səmərəliliyinin artırılması üçün qabaqcıl texnologiyalar” kursunda tədris aparıb.
ADNSU-nun “Neft-qaz mühəndisliyi”, “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Petrovietnam Qrupunun müxtəlif təşkilat və bölmələrindən (Qrup Neft Kəşfiyyatı Departamenti, VSP, PVEP, PQPOC, HLHV JOC, VPI, PVChem-Tech, DMC, PVU) olan 30 mütəxəssisin iştirakı ilə dərslər keçirilib.
Kurslar məzmununa, ünsiyyət üsuluna və təşkilinə görə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Aprelin 10-da kursun bağlanış mərasimində Vyetnam Neft Universitetinin (PVU) İxtisas Artırma Mərkəzinin (ATC) nümayəndələri və müəllimlər tərəfindən iştirakçılara kursu bitirmə sertifikatları təqdim edilib.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanlı ekspertlər PVU-nun rektoru Dr. Phan Minh Quoc Binh ilə görüşüblər.