Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup ictimai-siyasi xadim, eləcə də alim və ziyalılar “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.
Təltif olunanlar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, professor Hacan Hacıyev (Hacısoy) və Energetika fakültəsinin “Enerji istehsalı texnologiyaları” kafedrasının məsləhətçi professoru Kamal Abdullayev də var.
ADNSU kollektivi adından rektor əvəzi, dosent Vazeh Əskərovu və dəyərli professorlarımızı yüksək təltifə layiq görüldükləri üçün təbrik edir, onlara elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzu edirik.