×

Xəbərlər

Xəbərlər 31 May 2024
ADNSU-da Elmi Şuranın iclasında prioritet məsələlər müzakirə olunub

Mayın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. Ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov gündəlikdə olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.

Gündəliyə uyğun olaraq dosent Vazeh Əskərov ADNSU-da 2024-2025-ci tədris ili üçün fəaliyyat planının hazırlanması ilə bağlı məlumat verib. Növbəti tədris ilindən tədris və təhsilin daha yüksəlidləməsi istiqəmətində görüləcək işlər, icra olunacaq əsas hədəflərdən danışan dosent Vazeh Əskərov bildirib ki, təhsilin inkişafı və elmi nailiyyətlərin əldə olunması, eyni zamanda universitetin beynəlxalq reytinq siyahılarında ön sıralara irəliləməsi, tədqiqat universiteti kimi formalaşması və digər bu kimi mühüm məsələlərin zamanında icra olunması üçün hər kəs müəsuliyyətli olmalı, üzərinə düşən öhtəliyi yüksək səviyyədə icra etməlidir.

İclasda Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, 2024-2025-ci tədris ili üçün ilkin olaraq hesablanmış ümumi tədris yükü və professor-müəllim heyətinin illik tədris yükünün planlaşdırılması barədə hesabat məruzəsi ilə çıxış edib.

İclasda ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova “Elm və təhsil analitik mərkəzi”in, UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova UFAZ-ın, “Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ-nun direktoru, professor Rauf Əliyarov institutun, “Rəqəmsal İnkişaf və İnnovasiya” Mərkəzinin direktoru t.ü.f.d. Elviz İsmayılov mərkəzin fəaliyyəti ilə bağlı illik hesabatla çıxış ediblər.

Ümumilikdə gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən sonra yekdil qərarlar qəbul olunub. Dosent Vazeh Əskərov müzakirəyə çıxarılan məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər haqqında tapşırıqlar verib.


Paylaş