İyunun 10-dan başlayaraq Tailand Krallığının Banqkok şəhərində rəsmi açılışına start verilən (“Global Sustainable Development Congress”) Qlobal Davamlı İnkişaf Konqresi davam edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun rəhbərlik etdiyi nümayəndə heyəti konqresdə uğurla iştirak edir. 4 gün - iyunun 13-dək davam edəcək Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun bir neçə dövlət və özəl qurmların nümayəndələri, o cümlədən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşü olacaq.