×

Xəbərlər

Xəbərlər 12 Jun 2024
ADNSU-da “İSO37001” mövzusunda seminar keçirilib

İyunun 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “İSO37001” mövzusunda seminar keçirilib. Seminarda çıxış edən ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tədbir iştırakçılarını salamlayaraq seminar haqqında məlumat verib.

Sonra təlimçi Qalib Şərifov, “İSO37001” və “İSO 9001” üzrə əsas elementlərin müqayisəsi, “İSO37001” sertifikatı alan ölkələr, həmçinin ölkəmizdə korrupsiya hallarına qarşı mübarizə və qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Seminarda eyni zamanda dövlət qurumları tərəfindən vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması, korrupsiya risklərinə qarşı effektiv idarəçilik, “İSO 37001” Beynəlxalq standartın tətbiqi məsələlərindən bəhs olunub. Bu istiqamətdə ölkəmizdə “İSO37001” Beynəlxalq standartının əsas tələbləri, onun dövlət və özəl müəssisələrə tətbiqi prosedurları haqqında geniş məlumat verilib. Q.Şərifov həmçinin, korrupsiyaya qarşı mübarizə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının önəmini qeyd edib. 

Sonda mövzu ətrafında müzakirələr aparılıb və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Paylaş