×

Xəbərlər

Xəbərlər 20 Jun 2024
ADNSU-da "İnsan hüquqları aylığı" çərçivəsində dəyirmi masa keçirilib

İyunun 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  “İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masa keçirilib. 

Tədbirdə ADNSU-nun İctimai Fənlər kafedrasının müdiri, professor Camal Mustafayev 1998-ci ildə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”ndan danışıb, ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində bir çox maarifləndirici tədbirlər keçirildiyini deyib. Sonra İctimai Fənlər kafedrasının dosenti Nail Məmmədov Azərbaycan Konstitusiyasına istinad edərək İnsan hüquqları haqqında məruzə ilə çıxış edib, belə maarifləndirmə tədbirlərlərinin ictimai məlumatlılığın artırılmasında mühüm rol oynadığı deyib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması və vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 


Paylaş