Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda keçirilən “Ali təhsil müəssisələrinin sərgisi”ndə iştirak edir.
Sərgidə ADNSU-nun əməkdaşları iştirakçılara ADNSU-da tədris prosesi, ixtisaslar, təhsil və karyera imkanları, beynəlxalq əlqələr, xarici ölkə universitetləri ilə ikili diplom proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları barədə ətraflı məlumat veriblər.
Təcrübə bölməsinin rəhbəri Səbinə Əliyeva universitet haqqında geniş təqdimatla çıxış edərək, ADNSU-nun dünya universitetləri reytinqində yeri, akkreditasiya olunmuş ixtisaslar, fakültələr, karyera imkanları və tələbələr üçün yaradılan əlverişli tədris mühiti haqqında geniş məlumat verib, işçtirakçıları mraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların stendləri yer alıb.
Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər.
Sərgi avqustun 2-dək davam edəcək.