×

News

News 14 Aug 2024
“COP 29” adlı kitab sərgisi təşkil olunub

Avqustun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e -Kitab Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  “COP29” adlı  kitab sərgisi təşkil olunub.

Sərgidə ADNSU-nun professor-müəllim heyəti tərəfindən və eləcə də Azİİ e- Kitab Evinin fonduna digər şəxslərdən və təşkilatlardan daxil olmuş  “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair, həmçinin ətraf mühitin mühafizəsi, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, təmizləmə qurğularının quraşdırılması, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, çirklənmiş ərazilərin bərpası, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizinin sahil sularının, canlı aləminin mühafizəsi və iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılmasından bəhs edən kitablar yer alıb. Sərgidə ümumilikdə 60-dan çox kitab nümayiş olunub.

 Sərgi Azİİ e -Kitab Evinin fonduna daxil olacaq yeni kitablar və digər mətbuat nümunələri daxil edilməklə 2024-cü ilin sonunadək davam edəcək.


Share