×

News

News 15 Aug 2024
ADNSU-ya qəbul olan abituriyentlər üçün ilk dəfə asan qeydiyyat!

Hörmətli abituriyentlər!

2024/2025-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul olan abituriyentlər qeydiyyat mərhələsini universitetə gəlmədən, portal.edu.az platforması üzərindən qeydiyyatdan keçməklə həyata keçirə bilərlər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi  ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə fəaliyyəti sayəsində yaradılmış bu imkan abituriyentlərin işini xeyli asanlaşdıracaq.


Share