×

Xəbərlər

Xəbərlər 12 Sep 2024
"Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda keçirilən forum başa çatıb

Sentyabrın 12-də Elm və Təhsil Nazirliyi ilə Times Higher Education (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə əməkdaşlığı ilə "Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda forum keçirilib. 

Dünyanın müxtəlif ölkələrindən çoxsaylı mümayəndələrin iştirak etdiyi forum açılış mərasimindən sonra panel müzakirələrlə davam edib. Belə ki, "İqlim davamlılığını artırmaqda multidissiplinar tədqiqatların rolu nədir?", “Cari iqlim fəaliyyətləri niyə gözlənilən nəticələri vermir?”, Yaşıl bacarıqlar-əmək bazarları nəyə ehtiyac duyur və ali təhsil sistemləri necə kömək edə bilər?, Universitetlər yaşıl bacarıqların və iş yerlərinin genişlənməsini necə dəstəkləyə bilər? mövzuları üzrə panel müzakirələr keçirilib. Nigar Arpadarai -  COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, Adam Jagiello Rusilovski - “Innocamp Poland” şirkətinin akademik direktoru, Katie Normington - De Montfort Universitetinin baş icraçı direktoru, Kristin Özden - "Cambridge University Press Assessment" şirkətinin iqlim təhsili üzrə qlobal direktoru, Julia Seixas - Nova Lissabon Universitetinin prorektoru “Dayanıqlı inkişaf məqsədlərinin uğuru üçün nə vacibdir?” mövzusunda çıxış ediblər. 

 “Ölkə təhlili: post-neft ölkələrdə iqlim maarifləndirməsi qarşısında duran çətinliklər və imkanlar” mövzusunda Vazeh Əskərov - Azərbaycan Dövlət Netf və Sənaye Universitetinin rektor əvəzi, Ülkər Səttarova - Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, Bəxtiyar Aslanbəyli - bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti, Fariz İsmayılzadə - "ADA" Universitetinin prorektoru, Samir Məmmədov - BMT-nin Qlobal Müqavilə üzrə ölkə təmsilçisi iştirak ediblər. 

Forum çərçivəsində həmçinin, "Nüfuzlu jurnallarda dərc olunmaq və QHT-lər tərəfindən sitat gətirilmək" mövzusunda seminar keçirilib.

Maraqlı keçən sessiyalardan sonra forumun bağlanış mərasimi olub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, SDU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edərək iştirakçılara təşəkkürlərini bildirib və forumu yüksək qiymətləndiriblər. 


Paylaş