×

Xəbərlər

Xəbərlər 01 Oct 2024
ADNSU-da “COP29 Energetika üçün nə vəd edir” mövzusunda seminar keçirilib

Oktyabrın 1-də ADNSU-nun Energetika fakultəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində COP29, Bərpa olunan enerji mənbələri və COP29 Energetika üçün nə vəd edir?” adlı seminar keçiriib. Seminarda ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət qardaşova, Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov, katib Samir Həsənov, İctimai Şuranın üzvü Sadiq Həsənov, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev çıxış edərək ilk öncə qonaqları və seminar iştirakçılarını salamlayıb və seminarın işinə uğurlar azulayıb. Sonra o, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı ölkə başçısının imzaladığı sərəncamlar, Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfələrdən danışıb, Azərbaycanın sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, həmçinin də COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsinin Azərbaycana beynəlxaq aləmdə böyük hörmət və etimadın olması haqqında geniş məlumatlar verib.

 ADNSU-nun prorektoru, professor Lətafət qardaşova “Ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması” mövzusunda çıxış edib. Energetika Nazirliyi Yanında İctimai Şuranın sədri Şaban Nəsirov “Hökumətin COP29 və bərpa olunan enerji siyasəti”, İctimai Şuranın katibi Samir Həsənov “Bərpa olunan enerji mənbələri, elektrik enerjisi və suya qənaət”; şuranın üzvü Sadiq Həsənov isə “İstilik elektrik stansiyalarının ətraf mühitə təsiri” mövzularında təqdimatlarla çıxış ediblər.


Paylaş