×

Xəbərlər

Xəbərlər 02 Oct 2024
ADNSU-da ABŞ səfirliyi ilə əməkdaşlıq çərçivəsində COP29-a həsr olunmuş seminar keçirilib

Oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Fulbright” proqramının müəllimi Julie Shortridge ADNSU-da seminar keçib.

Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Səbinə Qurbanova seminar haqqında iştirakçılara məlumat verib.

 COP29 çərçivəsində keçirilən seminarda amerikalı müəllim Julie Shortridge “İqlim dəyişikliyinə transformativ uyğunlaşmanın dəstəklənməsi: artan iqlim təhlükələri qarşısında mühəndislər davamlılığı və bərabərliyi necə inkişaf etdirə bilərlər”, mövzusunda təqdimatla çıxış edib.

İnteraktiv formatda keçirilən seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş