×

Xəbərlər

Xəbərlər 02 Oct 2024
Azİİ e-Kitab Evi X Beynəlxalq Bakı Kitab Sərgisində iştirak edir

Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi ənənəvi olaraq sərgidə universiteti təmsil edir. Oktyabrın 8-dək davam edəcək sərgiyə Azİİ e-Kitab Evi 80 nüsxə kitab, 20 nüsxəyə yaxın elmi jurnallar və digər çap materialları ilə qatılıb. Bu kitablar əsasən neft, kimya, geologiya, riyaziyyat, süni intellekt, qeyri-səlis məntiq kimi mövzuları əhatə edir. ADNSU-nun professor və müəllim heyətinin monoqrafiyaları və dərslikləri, miniatür kitab kolleksiyasından nüsxələr, biblioqrafik göstəricilər, eləcə də tələbələrin əl işlərindən ibarət vitraj-rəsmlər Azİİ e-Kitab Evinin stendində yer alır. 

Açılış günündə X Beynəlxalq Bakı Kitab Sərgisinə qatılan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov və digər rəsmi şəxslər Azİİ e-Kitab Evinin stendinə yaxınlaşıblar, burada sərgilənən nəşrlərlə maraqlanıblar. 

Qeyd edək ki, ADNSU-nun Azİİ e-Kitab Evinin stendi ziyarətçilər tərəfindən maraqla qarşılanır.


Paylaş