Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə “Dayanıqlı gələcək üçün gənclərin standartlaşdırmadakı rolu” mövzusunda workshop keçirilib.
Tədbiri giriş sözü ilə açan Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva gənclərin standartlaşdırmadakı rolunun və bu istiqamətdə maariflənməsinin əhəmiyyətindən danışıb.
Azərbaycan Standartlaşdırma İnstitutunun İdarəetmə Sistemlərinin Baş Auditoru Cahandar Muradov “Dayanıqlı gələcək üçün gənclərin standartlaşdırmadakı rolu” mövzusunda geniş təqdimatla çıxış edib.
Sonra 45 tələbədən ibarət 5 qrup 1 saat müddətində İSO 9001:2020- Keyfiyyəti idarəetmə sistemi, ISO 14001:2021-Ətraf mühitin idarəetmə sistemi, ISO 45001:2021- Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri, ISO 50001:2022-Enerji idarəetmə sistemi, Dayanıqlı inkişaf və standartlar mövzuları üzrə nümunələri müzakirə etdikdən sonra təqdimatla məsələlərin həllini təklif ediblər.
Təqdimatlardan sonra mövzular üzrə suallar cavablandırılıb.
Sonda mövzular üzrə uğurlu təqdimatla çıxış edərək fərqlənən 5 nəfər tələbə- Nadir Qasımov, Məryəm İsayeva, Elmira Əliyeva, Vasif Əlizadə və Türanə Yusifova Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən mükafatlandırılıb.