×

Xəbərlər

Xəbərlər 15 Oct 2024
Yeni əməkdaşlıq imkanları müzakirə olunub

Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Kimya-texnologiya fakültəsinin (KTF) dekanı, prof. Sevinc Məmmədxanova, Elmi işlər üzrə dekan müavini, dosent Rəna Qurbanova, "Neft-kimya tenologiyası və sənaye ekologiyası" kafedrasının dosenti İradə Xələfova və “Informascope” firması satış təmsilçisi Ümit Yontar, eləcə də “Elsevier” şirkətinin meneceri, Ph.D Sergey Varnavskiyin iştirakı ilə görüş kecirilib. 

Görüşdə dünyanın dörd ən böyük elmi nəşriyatından biri olan ELSEVİER haqqında müzakirələr aparılıb. Hamçının, Reaxys Academic Edition (For Every Chemist) barədə tədqiqatçılara və tələbələrə onun bütün bazalarına bir yerdə daxil olmaqla tədqiqat maraqlarını təhlükəsiz və asanlıqla genişləndirməyə imkan verən xidmətlər haqqında məlumat verilib. 

Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb.

 

 

 


Paylaş