Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Humanitar fənlər" kafedrasının dosenti Nərminə Əmirbəyova “İşğaldan azad edilmiş bölgələrdə həyata keçirilən quruculuq işləri” mövzusunda açıq dərs keçib.
Dərsdə tələbələrlə yanaşı, kafedra əməkdaşları da iştirak ediblər.
Dərs zamanı tələbələrə İşğaldan azad olunmuş əraziləridə həyata keçirilən genişmiqyaslı layihələrdən danışılıb, həmin ərazilərdə sistemli şəkildə aparılan bərpa və yenidənqurma prosesindən, eləcə də uğurlu infrastruktur layihələrinin əhəmiyyətindən bəhs olunub.