×

Xəbərlər

Xəbərlər 17 Oct 2024
ADNSU-da Avropa Komissiyasının Erasmus+ proqramının məlumatlandırma sessiyası keçirilib

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universiettində (ADNSU) Beynəlxalq Avropa Komissiyasının qlobal Erasmus Günləri çərçivəsində Erasmus+ Məlumatlandırma sessiyası keçirilib.

Məlumatlandırma sessiyasında universitetin müxtəlif fakültələrindən olmaqla 250-dən çox tələbə iştirak edib. Məlumatlandırma sessiyasında təqdimatçı qismində universitetin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşı Elmar Quliyev, Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov, Avropa Həmrəylik Korpusu və Erasmus+ üzrə rəsmi məlumat mərkəzinin direktoru Ramiz Əliyev və Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan ictimai birliyinin nümayəndələri çıxış edib, proqram haqqında tələbələrə ətraflı məlumat veriblər. 

Sessiya zamanı Erasmus+ proqramı, mübadilə proqramları və könüllülük proqramları barəsində tələbələrin sualları cavablandırılıb.


Paylaş