×

Xəbərlər

Xəbərlər 24 Oct 2024
ADNSU-da fövqəladə hadisələrə hazırlıq zamanı MM qüvvələrinin təşkili ilə bağlı toplanış məşqi keçirilib

Oktyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fövqəladə hadisələrə hazırlıq və belə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə (MM) qüvvələrinin təşkili” mövzuzunda xəbərdarlıq, toplanış məşqi keçirilib. 

İllik tədbirlər planına uyğun olaraq keçirilən xəbərdarlıq, toplanış məşqində ADNSU-nun Mülki Müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edərək mülkü müdafiənin həyat üçün əhəmiyyətindən, fövqəladə hallar zamanı düzgün qərarlar verməyin vacibliyindən danışıb və toplanış məşqi haqqında iştirakçılara məlumat verib. 

Universitetin əməkdaşlarının iştirakı ilə keçirilən toplantının əsas məqsədi ADNSU-da MM rəhbərliyinə, MM dəstələrinin komandirlərinə, rəislərə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasının, həmçinin universitetdə fövqəladə hallar üzrə komissiyanın və MM qərargahının birgə fəaliyyətinin qiymətləndirilməsi olub.


Paylaş