×

News

News 25 Oct 2024
ADNSU-da şəhid Ülvi Rəfiyevin anım tədbiri keçirilib

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində şəhid Ülvi Rəfiyevin anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, o cümlədən 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən “İqtisadiyyat və menecment” fakültəsinin dekanı, dosent İlham Rüstəmov iştirakçıları salamlayaraq fakültənin şəhid məzunu Ülvi Rəfiyevin anım günündə belə bir tədbirin keçirilməsinin şəhidlərimizin  ruhuna olan dərin ehtiramın göstəricisi olduğunu bildirib. Universitetdə şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi iqtiqmətində görülən işlərdən danışan dekan onların xatirəsinin hər zaman uca tutulması və yaşadılmasının hər birimizin borcu olduğunu deyib. 

ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev şəhid məzun Ülvi Rəfiyevin universitetin “Gənclik” mahnı və rəqs ansamblının ən fəal üzvü olduğunu və bütün yarışlarda iştirak etdiyini deyib və Ülvi Rəfiyev də daxil olmaqla ADNSU-nun 23 nəfər şəhid məzunun adının universitetdə hər zaman uca tutulduğunu qeyd edib. 

Azərbaycan xalqının hər zaman qəlbində yaşayacağını bildirib.   

Şəhid Ülvi Rəfiyevə həsr olunmuş video çarx nümayiş olunduqdan sonra “Menecment” kafedrasının müəllimi Esmira Məmmədova və“Humanitar fənlər” kafedrasının müəllimi Nərminə Əmirbəyova şəhid Ülvi Rəfiyev haqqında xatirələrini bölüşüb və şanlı zəfər tarixini yazan vətən oğullarının Azərbaycan xalqının hər zaman qəlbində yaşayacağını bildiriblər.

“İqtisaduyyat və menecment” fakültəsi üzrə THİK-in sədri İsmayıl Hacıyev tədbirin ərsəyə gəlməsində göstərilən dəstəyə görə təşkilatçılara minnətdarlıığını bildirərək Ülvi Rəfiyev kimi qəhrəmanlarımızın əsla unudulmayacağını bildirib.


Share