×

Xəbərlər

Xəbərlər 26 Oct 2024
ADNSU-da şirkət rəhbərləri ilə tələbələrin növbəti görüşü keçirilib

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrin çoxsaylı istəkləri nəzərə alınaraq şirkət rəhbərləri ilə tələbələrin növbəti görüşü keçirilib. 
Təcrübə bölməsinin təşkilatçılığı ilə keçirilən görüşdə müxtəlif fakültələrdən olan tələbələr iştirak ediblər. 
Avtomatika.az şirkətinin təsisçisi və rəhbəri Xalid Səmədov  və "Caspian Energy Club"ın təsisçisi və baş direktoru Telman Əliyev tələbələri üçün karyera qurmağın yolları barədə öz real təcrübələrini bölüşüb, gənclərə uğur qazanmağın və perspektivli olmağın yollarından söz açaraq öz tövsiyələrini veriblər. 
İnteraktiv keçən görüşdə şirkətlərlə gənclərin əlaqələrinin koordinasiyası və karyera imkanları müzakirə olunub. Bununla yanaşı, şirkət tərəfindən tələbələrin istehsalat təcrübəsinə cəlb olunmasına dəstək göstəriləcəyi vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş