×

News

News 27 Oct 2024
Qazaxıstanlı elmi işçilər və tələbələr ADNSU-da olublar

Qazaxıstanın K.Satbayev adına Milli Elmi Tədqiqat Universitetinin elmi işçiləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təcrübədə olublar. Onlar həmçinin, UFAZ-ın laboratoriyalarında da elmi tədqiqat işləri aparıblar. 

ADNSU ilə əməkdaşlıq çərçivəsində universitetə gələn qonaqlar Təcrübə bölməsinin təşkilatçılığı ilə müvafiq kafedra və dekanlıqlarla, o cümlədən Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədovla görüşüb elmi müzakirələr aparıblar. Görüşlərdə gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb, birlikdə icra olunacaq elmi işlərdən bəhs olunub. 

Bu günlərdə  həmçinin, Qazaxıstan Respublikasının digər ali təhsil müəssisəsinin - Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin magistr tələbələri də ADNSU-da təcrübədə olublar.  Tələbələr Geoloji kəşfiyyat fakültəsində təcrübə keçməklə yanaşı dərslərdə də iştirak ediblər. 

Yekunda ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalovla görüşən tələbələr uğurlu təcrübəyə görə sertifikata layiq görülüblər.


Share