×

Xəbərlər

Xəbərlər 29 Oct 2024
ADNSU-da "Yüksəliş" müsabiqəsi qalibləri ilə görüş keçirilib

Oktyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbələr üçün Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsi qalibləri ilə görüş keçirilib. 
Görüşdə "Yüksəliş" müsabiqəsinin qalibləri - Emil Bəşirov, Xanım Daşdəmirova, Faiq Hüseynov, Elmir Hüseynov özləri haqqında məlumat verib, şəxsi təcrübələrini bölüşüb, uğurlu karyera qurmağın yollarından danışıblar. Mentorlar həmçinin, karyerada inkişafla bağlı gənclərə tövsiyələr verib, şəxsi inkişafın və öz üzərində işləməyin vacibliyindən danışıblar. 
Görüşdə mentorluq proqramı haqqında ümumi məlumat verilib, proqrama qəbul qaydaları, həmçinin seçim prosesi haqqında danışılıb, sonda tələbələrin sualları cavablandırılıb


Paylaş