Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbələr üçün Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsi qaliblərinin növbəti görüşü baş tutub.
Görüşdə "Yüksəliş" müsabiqəsinin qalibləri - Emil Bəşirov və Faiq Hüseynov proqram haqqında ətraflı məlumat verib. Uğurlu karyera qurmağın yollarından danışıb və şəxsi təcrübələrini bölüşüblər. Mentorlar həmçinin, karyerada inkişafla bağlı tövsiyələr verib, mentorluq proqramının tələbələrlə praktiki məşqini ediblər.
Sonda tələbələrin sualları cavablandırılıb.