×

Xəbərlər

Xəbərlər 01 Nov 2024
ADNSU tələbələri istehsalat müəssisəsində olublar

Oktyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz-neft-mədən fakültəsinin (QNMF) bir qrup tələbəsinə “Neft-qaz quyularının qazılması texnika və texnologiyası” fənni üzrə məşğələ dərsini SOCAR-ın “Kompleks Qazma İşləri” müəssisəsində keçirilib. 

Ekskursiyada “Neft-qaz mühəndisliyi” kafedrasının dosenti Səməd Rzazadə tələbələri qazma avadanlıqları ilə tanış edib,  onların iş prinsipi haqqında məlumat verib.

Sonra tələbələr quyuların qazılması prosesini izləyiblər. 

Ekskursiya zamanı tələbələr “Bibiheybət” də yaradılmış muzey kompleksində nümayiş etdirilən ilk qazılmış neft quyusu ilə tanış olub tarixi haqqında ətraflı məlumat alıblar. 

 


Paylaş