×

Xəbərlər

Xəbərlər 01 Nov 2024
ADNSU-nun rəhbərliyi “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” Sammitində iştirak edib

Noyabrın 1-də Qazaxıstan Respublikasının Əl-Fərabi adına Qazax Milli Universitetində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024” Sammiti keçirilib.

Azərbaycanın 8 aparıcı ali təhsil müəssisəsinin nümayəndə heyəti ilə təmsil olunduğu pre-sammitdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov və universitetin nümayəndələri də iştirak edib. 

Sammitdə iştirak çərçivəsində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Qazaxıstan Respublikasının Elm və ali təhsil naziri Sayasat Nurbeklə görüşərək müasir təhsil sahəsindəki yeniliklərdən bəhs ediblər. 

Bundan əlavə, dosent Vazeh Əskərov sammit çərçivəsində bir sıra görüşlər keçirib, belə ki, Al-Farabi Kazakh National Universitetinin rektoru, professor Tuimebayev Zhanseitlə görüşüb. Görüşdə birgə əməkdaşlıq məsələləri, professor-müəllim heyəti, tələbələr və əməkdaşların mübadilə proqramları müzakirə edilib. 

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov sammit çərçivəsində həmçinin, “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubovla və agentliyin məsul şəxsləri ilə də görüşüb. Əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə ADNSU-nun QS reytinqində ön sıralara irəlilələməsinin daha uğurlu perspektiv vəd etdiyi diqqətə çatıdırılıb.


Paylaş