“QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də iştirak çərçivəsində Qazaxıstanda səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ( ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov və rəhbərlik etdiyi nümayəndə heyəti Qazax - Britaniya Texniki Universitetinin rektoru Gabdullin Maratbeklə görüşüb.
Noyabrın 2-də baş tutan görüşdə əməkdaşlıq imkanları müzakirə olunub, təhsil müəssisələri arasında elmi tədqiqat işlərinin aparılması, birgə elmi layihələrin icrası barədə geniş fikir mübadiləsi aparılıb.
Səmimi formatda keçən görüşdə gələcək əməkdaşlıq istiqamətləri üzrə müvafiq yol xəritəsinin hazırlanmasının vacibliyi qeyd edilib.
Səfər zamanı dosent Vazeh Əskərov və nümayəndə heyəti Qazax - Britaniya Texniki Universitetini gəzib, universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.