×

Xəbərlər

Xəbərlər 04 Nov 2024
ADNSU-da "Açıq Məlumatlara Giriş" adlı tədbir keçirilib

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA)  tərəfindən "Açıq Məlumatlara Giriş" adlı sessiya keçirilib.
Tədbirdə  IDDA-nın Açıq məlumatlar üzrə beynəlxalq eksperti və proqram meneceri Mikhail Parfentev çıxış edərək açıq məlumatların İT və dövlət idarəçiliyinə təsiri ilə bağlı təcrübəsini bölüşüb, həmçinin açıq məlumat təşəbbüslərinin müasir idarəetmə və texnologiyanın formalaşmasında oynadığı rolundan danışıb. 
Sonda mövzu ilə bağlı tələbələi maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihə idarə edilməsi sahəsində 11 ildən çox təcrübəyə malik olan Parfentev İT sahəsində bir sıra innovativ həllərə rəhbərlik edib. Onun fəaliyyətinə İT texnologiyalarından istifadə edərək mədəni irsin qiymətləndirilməsi və federal hakatonların təşkili daxildir.


Paylaş